Rostovda güclü qasırğa nəticəsində 1 nəfər ölüb, 14 nəfər xəsarət alıb

Rostovda güclü qasırğa nəticəsində 1 nəfər ölüb, 14 nəfər xəsarət alıb

Tarix: 26 Jul 2026 11:58

Rusiyanın Rostov-na-Donu şəhərində baş verən güclü qasırğa ağır fəsadlara səbəb olub. APA xəbər verir ki, şəhər meri Aleksandr Skryabinin verdiyi məlumata görə, təbii fəlakət nəticəsində 1 nəfər həyatını itirib, daha 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qasırğa və leysan yağışları Rostov vilayətinin bir sıra şəhərlərində infrastrukturun işini iflic edib. Rostov-na-Donu, Azov, Bataysk, Taqanroq və Şaxtı şəhərlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Novoçerkasskda isə su təchizatında problemlər qeydə alınıb.

Rusiya Rostov-na-Donu qasırğa təbii fəlakət leysan güclü külək Aleksandr Skryabin elektrik enerjisi M-4 magistralı hava hadisəsi

Mənbə: apa.az

Xəbər Lenti