Bazar, 26 İyul, 2026
Tarix: 26 Jul 2026 16:05
Rostovda güclü qasırğa nəticəsində yaralananların sayı 28-ə çatıb
Rusiyanın Rostov-na-Donu şəhərində baş verən güclü külək və əlverişsiz hava şəraiti nəticəsində xəsarət alanların sayı 28 nəfərə çatıb.
APA xəbər verir ki, Bu barədə şəhərin meri Aleksandr Skryabin “Telegram” kanalında məlumat verib.
Bundan əvvəl mer bildirmişdi ki, təbii fəlakət nəticəsində 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb, onlardan 7-si xəstəxanaya yerləşdirilib.
Aleksandr Skryabinin son açıqlamasına görə, əlverişsiz hava şəraiti səbəbindən zərərçəkənlərin sayı artaraq 28 nəfərə çatıb.
***
11:58
Rusiyanın Rostov-na-Donu şəhərində baş verən güclü qasırğa ağır fəsadlara səbəb olub. APA xəbər verir ki, şəhər meri Aleksandr Skryabinin verdiyi məlumata görə, təbii fəlakət nəticəsində 1 nəfər həyatını itirib, daha 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qasırğa və leysan yağışları Rostov vilayətinin bir sıra şəhərlərində infrastrukturun işini iflic edib. Rostov-na-Donu, Azov, Bataysk, Taqanroq və Şaxtı şəhərlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Novoçerkasskda isə su təchizatında problemlər qeydə alınıb.
Rusiya Rostov-na-Donu qasırğa təbii fəlakət leysan güclü külək Aleksandr Skryabin elektrik enerjisi M-4 magistralı hava hadisəsi
Mənbə: apa.az