Böyük Britaniyanın Baş nazirin müşaviri HƏMAS nümayəndələri ilə görüşübmüş, mübahisələr yaranıb

Böyük Britaniyanın Baş nazirin müşaviri HƏMAS nümayəndələri ilə görüşübmüş, mübahisələr yaranıb

Tarix: 26 Jul 2026 17:45

Böyük Britaniyanın yeni baş naziri Endi Börnhemin baş hüquq müşaviri (Solicitor General) vəzifəsinə təyin etdiyi Endi Sloterin 2010-cu ildə HƏMAS nümayəndələri ilə görüş keçirdiyi üzə çıxıb.

The Times of Israel yazır ki, bu fakt hökumətin ilk təyinatlarından biri ətrafında siyasi mübahisələrə səbəb olub.

Məlumata görə, Endi Sloter 2010-cu ildə Britaniya parlamentarilərindən ibarət nümayəndə heyətinin tərkibində Qəzza zolağına səfər edib və həmin vaxt HƏMAS rəsmiləri ilə görüşdə iştirak edib. Görüş zamanı bölgədəki humanitar vəziyyət və İsrailin Qəzzaya tətbiq etdiyi blokada müzakirə olunub.

Müxalif siyasətçilər və bəzi yəhudi təşkilatları bu görüşü kəskin tənqid edərək, HƏMAS-ın Böyük Britaniyada terror təşkilatı kimi tanındığını xatırladıblar. Onların fikrincə, belə keçmişə malik şəxsin ölkənin baş hüquq müşaviri vəzifəsinə gətirilməsi ciddi suallar doğurur.

Endi Sloter isə daha əvvəl bu səfərin parlament nümayəndə heyəti çərçivəsində baş tutduğunu, məqsədin bölgədəki humanitar vəziyyəti yerində öyrənmək olduğunu bildirmişdi. Hazırda Baş nazir Endi Börnhemin ofisi məsələ ilə bağlı əlavə şərh verməyib.

Böyük Britaniya Endi Börnhem Andy Burnham Endi Sloter Andy Slaughter HƏMAS Qəzza İsrail Böyük Britaniya siyasəti Solicitor General parlament siyasi qalmaqal terror təşkilatı The Times of Israel

Mənbə: apa.az

Xəbər Lenti