Rumıniya Rusiyanın səfirini XİN-ə çağırıb, diplomatik gərginlik artırıb

Rumıniya Rusiyanın səfirini XİN-ə çağırıb, diplomatik gərginlik artırıb

Tarix: 26 Jul 2026 18:13

Rumıniya Xarici İşlər Nazirliyi ölkənin hava məkanını pozan pilotsuz uçuş aparatının F-16 qırıcısı tərəfindən vurulmasından sonra Rusiyanın Buxarestdəki səfiri Vladimir Lipayevi nazirliyə çağırıb.

APA xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu, son üç gün ərzində Rumıniya hava məkanında zərərsizləşdirilən üçüncü pilotsuz uçuş aparatıdır.

Rumıniya Prezidenti Nikuşor Dan isə bildirib ki, Baş Prokurorluğun araşdırmasının ilkin nəticələrinə əsasən, vurulan pilotsuz uçuş aparatı Rusiya tərəfindən istifadə olunub.

Rəsmi Buxarest ölkənin hava məkanının pozulmasını qəbuledilməz hesab edir və baş verən insidentlə bağlı diplomatik addımların atılacağını vurğulayıb.

Rumıniya Rusiya Vladimir Lipayev Nikuşor Dan F-16 pilotsuz uçuş aparatı dron Rumıniya XİN hava məkanı NATO diplomatik etiraz Buxarest Rusiya-Rumıniya münasibətləri

Mənbə: apa.az

Xəbər Lenti