Finlandiya Prezidenti: “Ukrayna müharibə başlayandan bəri ən güclü mövqeyindədir”

Finlandiya Prezidenti: “Ukrayna müharibə başlayandan bəri ən güclü mövqeyindədir”

Tarix: 26 Jul 2026 18:04

Finlandiya Prezidenti Aleksandr Stubb bildirib ki, Ukrayna hazırda Rusiyaya qarşı müharibənin başladığı vaxtdan bəri ən güclü mövqeyindədir.

APA xəbər verir ki, bu barədə Finlandiya lideri Ukrayna Prezidenti Volodimir Zelenski ilə baş tutan söhbətdən sonra X hesabında paylaşım edib.

Onun sözlərinə görə, buna həm cəbhədəki vəziyyət, həm də Rusiyanın artan itkiləri, Qərbin davam edən dəstəyi və Ukraynanın hərbi imkanlarının güclənməsi səbəb olub. Stubb hesab edib ki, hazırkı şərait Kiyev üçün əvvəlki dövrlərlə müqayisədə daha əlverişlidir.

Finlandiya lideri qeyd edib ki, Rusiya hər ay cəbhədə təxminən 35 min hərbçi itirir, eyni zamanda isə təxminən 27 min yeni əsgər cəlb edə bilir. O bildirib ki, Rusiyada müharibəyə ictimai dəstək də tədricən zəifləyir.

Aleksandr Stubb vurğulayıb ki, Ukraynanın uzaq məsafəli zərbə imkanlarının genişlənməsi və Qərb ölkələrinin davamlı dəstəyi Kiyevin mövqeyini daha da gücləndirib. Onun fikrincə, bu üstünlük gələcək sülh danışıqlarında da Ukraynanın əlini gücləndirə bilər.

Ukrayna Rusiya Finlandiya Aleksandr Stubb müharibə Kiyev sülh danışıqları

Mənbə: apa.az

Xəbər Lenti