Sibiqa: Ukrayna müharibənin dondurulmasına razıdır

Sibiqa: Ukrayna müharibənin dondurulmasına razıdır

Tarix: 26 Jul 2026 18:21

Ukrayna müharibənin hazırkı cəbhə xətti boyunca dondurulması və danışıqlara başlanılması təşəbbüsünü dəstəklədiyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiqa “X” sosial şəbəkəsində paylaşım edib. O, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiya Prezidenti Vladimir Putinə müharibənin dayandırılması ilə bağlı çağırışını yüksək qiymətləndirib.

“Prezident Tokayevin Putinə müharibəni dayandırmağın vaxtının çatdığı barədə mesajına görə minnətdarıq. Bu, realist, vaxtında verilmiş və müdrik mesajdır”, – deyə Andriy Sibiqa bildirib.

Nazir vurğulayıb ki, Ukrayna müharibənin hazırkı cəbhə xətti boyunca dayandırılmasını və diplomatik danışıqlara keçilməsini təklif edib. Lakin onun sözlərinə görə, Kreml bu sülh yolunu hələ də qəbul etmir. Sibiqa əlavə edib ki, Moskvanın real sülh təşəbbüslərini qəbul etməsi üçün Rusiyaya beynəlxalq təzyiq daha da artırılmalıdır.

Ukrayna Rusiya Andriy Sibiha Kasım-Jomart Tokayev Vladimir Putin müharibə atəşkəs cəbhə xətti diplomatik danışıqlar Qazaxıstan Kreml sülh təşəbbüsü

Mənbə: apa.az

Xəbər Lenti