Əraqçi: Zelenski İran gəmisinə hücum edərək, bir dənizçinin ölümünə səbəb olub, bu addım cavabsız qalmayacaq

Əraqçi: Zelenski İran gəmisinə hücum edərək, bir dənizçinin ölümünə səbəb olub, bu addım cavabsız qalmayacaq

Tarix: 26 Jul 2026 20:33

Ukrayna Prezidenti Volodimir Zelenski İranın ticarət gəmisinə hücum edərək bir dənizçinin ölümünə səbəb olub.

APA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "X" hesabında yazıb.

O bildirib ki, bu addım BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır və İsrailin Avropanı münaqişəyə cəlb etmək cəhdinə xidmət edir.

Əraqçi əlavə edib ki, Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığında Kiyevin bu addımının cavabsız qalmayacağını vurğulayıb.

İran Ukrayna Abbas Əraqçi

Mənbə: apa.az

Xəbər Lenti