Pentaqon ABŞ-ın İrana zərbələrinin effektivlik həddinə çatdığını hesab edir

Pentaqon ABŞ-ın İrana zərbələrinin effektivlik həddinə çatdığını hesab edir

Tarix: 26 Jul 2026 23:14

ABŞ Müdafiə Nazirliyi İrana endirilən zərbələrin hazırkı mərhələdə effektivlik həddinə çatdığını hesab edir.

Bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper Hörmüz boğazı ətrafında bombardmanların dayandırılmasını tövsiyə edib. O bildirib ki, hava zərbələri artıq maksimum nəticə verib.

Axios yazır ki, Kuperin və administrasiyanın bir sıra rəsmilərinin bu mövqeyi Prezident Donald Trampın İrana zərbələri müvəqqəti dayandırmaq qərarına təsir göstərib.

Nəşrin qeydinə görə, bu, həm hərbi, həm də mülki müşavirlərin hərbi əməliyyatlar, xüsusilə hava zərbələri ilə əldə edilə biləcək nəticələrin məhdud olduğunu qəbul etməsinin göstəricisidir.

ABŞ İran Pentaqon

Mənbə: apa.az

Xəbər Lenti