Zelenski: Ukrayna 3 000 km-dən uzaqdakı hədəfləri vurmaq imkanına malikdir

Zelenski: Ukrayna 3 000 km-dən uzaqdakı hədəfləri vurmaq imkanına malikdir

Tarix: 27 Jul 2026 00:20

Ukrayna 3 min kilometrdən uzaq məsafədə yerləşən hədəfləri vurmaq imkanına malikdir və bu potensial daha da artırılır.

"Unian" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski uzaqmənzilli zərbələrə həsr olunmuş müşavirədən sonra bildirib.

Onun sözlərinə görə, Ukraynanın uzaqmənzilli əməliyyat planı müəyyən edilmiş prioritetlər üzrə həyata keçirilir. Zelenski qeyd edib ki, Rusiyanın uzun müddət üstünlüyü hesab olunan dərin arxa cəbhəsi artıq onun hərbi-siyasi rəhbərliyi üçün problemə çevrilib.

Prezident vurğulayıb ki, Ukrayna pilotsuz uçuş aparatları ilə Ural, Sibir və Rusiyanın digər ucqar bölgələrindəki hədəfləri vurmaq qabiliyyətini nümayiş etdirib. O əlavə edib ki, cari ilin əvvəlindən bəri 1000-dən çox uzaqmənzilli zərbə endirilib, nəticədə neft obyektləri, hərbi istehsal müəssisələri və Rusiyanın mühüm logistika infrastrukturu hədəfə alınıb.

Ukrayna Zelenski Rusiya

Mənbə: apa.az

Xəbər Lenti