Bazar ertəsi, 27 İyul, 2026
Tarix: 27 Jul 2026 05:23
Böyük Britaniya Stone Cloak radioelektron mübarizə (REM) sisteminin intellektual mülkiyyət hüquqlarını Ukraynaya təhvil verəcək.
APA xəbər verir ki, bu barədə Böyük Britaniya Baş nazirinin Ofisi məlumat yayıb.
Məlumata görə, qərar iyulun 27-də Ukrayna Prezidenti Volodimir Zelenskinin Britaniyaya səfəri zamanı açıqlanacaq. Hüquqların verilməsi texnologiyanın Ukraynada sənaye miqyasında istehsalına imkan yaradacaq.
"Stone Cloak" sistemi pilotsuz uçuş aparatlarının aşkarlanmasını çətinləşdirmək üçün nəzərdə tutulub. Böyük Britaniya indiyədək Ukraynaya bu tip minlərlə qurğu təqdim edib.
Böyük Britaniya Ukrayna REM
Mənbə: apa.az