Bazar ertəsi, 27 İyul, 2026
Tarix: 27 Jul 2026 11:43
Yaponiyanın tanınmış detektiv roman müəllifi Keyqo Hiqaşino 68 yaşında vəfat edib.
Bu barədə "The Yomiuri Shimbun" məlumat yayıb.
Bildirilib ki, yazıçı iyulun 23-də yoğun bağırsaq xərçəngindən dünyasını dəyişib.
Keyqo Hiqaşino müasir yapon detektiv ədəbiyyatının aparıcı simalarından biri hesab olunurdu. O, xüsusilə "Detective Galileo" roman silsiləsinə daxil olan "The Devotion of Suspect X" ("Şübhəli X-in Sədaqəti") əsəri ilə beynəlxalq şöhrət qazanmışdı.
Hiqaşinonun əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunub, bir sıra romanları isə film və televiziya ekranlaşdırmalarına mövzu olub.
Mənbə: apa.az