Bazar ertəsi, 27 İyul, 2026
Tarix: 27 Jul 2026 11:36
Biləsuvarda yol qəzası baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, iki "Hyundai" markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər - 1997-ci il təvəllüdlü Beyləqan rayon sakini, Məhər Kərimov, Binəqədi rayon sakinləri - 1999-cu il təvəllüdlü Balaş Mustafayev və 1999-cu il təvəllüdlü Elşən Mustafalı xəsarət alıb.
Yaralılar dərhal xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
İlkin Rzayev Biləsuvar qəza xəsarət
Mənbə: apa.az