İran rəsmisi Ukraynaya xəbərdarlıq edib: "Heç bir hücum cavabsız qalmayacaq"

İran rəsmisi Ukraynaya xəbərdarlıq edib: "Heç bir hücum cavabsız qalmayacaq"

Tarix: 27 Jul 2026 11:30

İrana qarşı istənilən hücumun həmişə bir bədəli olub və bu, bu gün də belədir.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi bunu "X" sosial şəbəkəsində yazıb.

"ABŞ və İsrail bunu çox yaxşı bilir. Ukrayna da tezliklə İran İslam Respublikasının heç bir hərəkəti cavabsız qoymadığını anlayacaq", – deyə o bildirib.

Əzizi əlavə edib ki, "məğlub olanların siyahısı getdikcə uzanır".

İran rəsmisinin bu açıqlaması Ukraynanın Xəzər dənizində İran gəmisinə hücum etdiyi barədə yayılan məlumatlar fonunda səsləndirilib. İran tərəfi hadisə ilə bağlı rəsmi mövqeyini bu bəyanat vasitəsilə ifadə edib.

İlqar Xudiyev İran gəmisinə hücum Ukrayna Rusiya

Mənbə: apa.az

Xəbər Lenti