Ağcabədidə traktor dirəyə çırpılıb, ölən var

Ağcabədidə traktor dirəyə çırpılıb, ölən var

Tarix: 27 Jul 2026 11:25

Ağcabədi rayonunun Qaraxanlı kəndində bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, 1993-cü il təvəllüdlü Tahir Əliyevin idarə etdiyi traktor elektrik dirəyinə çırpılıb. Hadisə zamanı traktorun pilləkənində dayanan həmkəndlisi Faiz Rzayev müvazinətini itirərək təkərin altında qalıb və ağır xəsarətlər alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Elgün Gəncimsoy Ağcabədi traktor qəza

Mənbə: apa.az

Xəbər Lenti