Azad edilmiş ərazilərdə daha 212 mina, 753 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 212 mina, 753 PHS aşkarlanıb

Tarix: 27 Jul 2026 12:43

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (20.07.2026 – 26.07.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) APA-ya verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə 173 piyada əleyhinə mina, 39 tank əleyhinə mina, 753 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1740,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Selcan Zaurqızı ANAMA Mina
Azad edilmiş ərazilərdə daha 212 mina, 753 PHS aşkarlanıb

Mənbə: apa.az

Xəbər Lenti