Astarada dirəkdə təmir işləri görən 36 yaşlı kişini cərəyan vuraraq öldürüb

Astarada dirəkdə təmir işləri görən 36 yaşlı kişini cərəyan vuraraq öldürüb

Tarix: 27 Jul 2026 12:42

Astara rayonunda elektrik dirəyində təmir işləri görən 36 yaşlı kişini cərəyan vurub.

APA xəbər verir ki, hadisə ötən gün Kijəbə qəsəbəsində baş verib.

Kənd sakini 1990-cı il təvəllüdlü Babək Baxşıyev kəndin ərazisində elektrik dirəyində təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Selcan Zaurqızı Hadisə ölüm elektrik cərəyanı

Mənbə: apa.az

Xəbər Lenti