İran XİN: Tehranın görüş istəməsi barədə iddialar həqiqəti əks etdirmir

İran XİN: Tehranın görüş istəməsi barədə iddialar həqiqəti əks etdirmir

Tarix: 27 Jul 2026 12:12

İran Xarici İşlər Nazirliyi ABŞ ilə mesaj mübadiləsi aparılması və Tehranın Cenevrədə və ya Pakistanda danışıqlar keçirmək istəməsi barədə yayılan məlumatları təkzib edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai həftəlik mətbuat konfransında deyib.

Bəqai bildirib ki, İranın danışıqların keçirilməsi üçün müraciət etdiyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və ölkənin siyasi yanaşmasına uyğun deyil.

"İranın danışıq tələbi ilə çıxış etməsi barədə yayılan xəbərlər uydurmadır", – deyə XİN sözçüsü vurğulayıb.

O qeyd edib ki, İran milli maraqlarının qorunması naminə diplomatik vasitələrdən istifadə etməkdən heç vaxt çəkinməyib, eyni zamanda qarşı tərəfdə yanlış təsəvvür yarada biləcək addımlar da atmır.

Bəqainin sözlərinə görə, bəzi vasitəçilər ABŞ tərəfindən göndərilən mesajları Tehrana çatdırırlar. Bununla belə, hazırda İran və ABŞ arasında heç bir birbaşa danışıqlar aparılmır.

Haşim Rahimi İran Xarici İşlər Nazirliyi Tehran ABŞ

Mənbə: apa.az

Xəbər Lenti