Masallıda 23 yaşlı oğlan çaya tullanan zaman xəsarət alaraq ölüb

Masallıda 23 yaşlı oğlan çaya tullanan zaman xəsarət alaraq ölüb

Tarix: 27 Jul 2026 18:46

Cəlilabad sakini bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, bir neçə gün öncə Masallı ərazisində Cəlilabad sakini, 2003-cü il təvəllüdlü Çoşqun Quliyev çaya tullanan zaman boyun nahiyəsindən xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib və bu gün orada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

İlkin Rzayev Masallı çay xəsarət Cəlilabad

Mənbə: apa.az

Xəbər Lenti