Daşkəsəndə maşın aşıb, xəsarət alanlar var

Daşkəsəndə maşın aşıb, xəsarət alanlar var

Tarix: 27 Jul 2026 19:45

Daşkəsəndə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Əmirvar kəndi ərazisində qeydə alınıb.

"Niva" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı 1994-cü il təvəllüdü A.Quliyev və daha bir nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Fuad Nazimoğlu Daşkəsən yol qəza

Mənbə: apa.az

Xəbər Lenti