Ceyranbatanda bir yaşayış kompleksində yanğın olub, sakinləri təxliyə edilir

Ceyranbatanda bir yaşayış kompleksində yanğın olub, sakinləri təxliyə edilir

Tarix: 28 Jul 2026 00:43

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən Ekopark yaşayış kompleksində yanğın baş verib.

APA xəbər verir ki, hadisədən dərhal sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin briqadaları cəlb olunub.

Hazırda təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış kompleksinin sakinləri təxliyə edilir.

İlkin olaraq yanğının binanın girişindəki elektrik naqillərində baş verdiyi bildirilir

Faktla bağlı araşdırma aparılır.

İman İmanlı

yanğın Ceyranbatan

Mənbə: apa.az

Xəbər Lenti