Sabirabad xəstəxanasının sabiq direktoru külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəmə başlayır

Sabirabad xəstəxanasının sabiq direktoru külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəmə başlayır

Tarix: 28 Jul 2026 17:24

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Hüseyn Həsənov külli miqdarda mənimsəmədə ittiham olunur.

APA xəbər verir ki, ittihama görə, Hüseyn Həsənov Sabirabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışarkən öz qulluq mövqeyindən istifadə etməklə 186 min manat mənimsəməyib. O, istintaq dövründə dəymiş ziyanın təxminən 20 min manatını ödəyib.

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham elan olunub. Hüseyn Həsənovun barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Cavid Səfərlinin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyulun 31-nə təyin edilib.

Qeyd edək ki, Sabirabad Rayonu Mərkəzi Xəstəxanasının sabiq direktoru Həsən Hüseynovun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ilkin xəbəri “Qafqazinfo” yayıb.

Xatırladaq ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsi Əlişirin Əliyev, Qabil Quliyev və İntiqam Kərimovun cinayət işi üzrə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi davam edir.

Sabirabad xəstəxanası külli miqdarda mənimsəmə məhkəmə

Mənbə: apa.az

Xəbər Lenti