Çərşənbə, 29 İyul, 2026
Tarix: 28 Jul 2026 23:02
Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində baş verən yanğın hələ də davam edir.
APA-nın Qarabağ bürosunun məlumatına görə, yanğın əsasən rayonun bir sıra kəndləri istiqamətində yerləşən, mina və partlamamış döyüş sursatları ilə çirklənmiş açıq əraziləri əhatə edib.
Gündüz saatlarında başlayan yanğın ətraf yaşayış məntəqələrindən də aydın müşahidə olunur.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və xüsusi texnikası cəlb olunub. Hazırda alovun söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. *** 16:49 Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qazaxlar, Cəbrayıl rayonunun Çaxırlı və Mehdili kəndləri istiqamətlərində açıq ərazidə yanğınların baş verməsi barədə məlumatlar daxil olub.
APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.
Məlumatlarla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Ərazilərin minalanmış və havanın küləkli olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.
Hazırda yanğınların söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
Ağdam Füzuli Cəbrayıl yanğınlar
Mənbə: apa.az