Salyanda kişi ailə münaqişəsi zəminində güllələnərək öldürülüb - YENİLƏNİB

Salyanda kişi ailə münaqişəsi zəminində güllələnərək öldürülüb - YENİLƏNİB

Tarix: 29 Jul 2026 08:07

İyulun 29-u gecə saatlarında Salyan rayonu ərazisində qətl hadisəsi baş verib.

APA xəbər verir ki, 1966-cı il təvəllüdlü Natiq Sadıqov sərxoş vəziyyətdə ov tüfəngi ilə keçmiş kürəkəni, 1980-ci il təvəllüdlü Famil Lətifovu yaşadığı evin həyətində baş vermiş münaqişə zəminində qətlə yetirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə N.Sadıqov saxlanılaraq istintaqa təhvil verilib. Ondan cinayətin aləti olan ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır

*** 08:03 Salyan rayonunda bir nəfər odlu silahla qətlə yetirilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Şəkərli kəndində baş verib.

İlkin məlumata əsasən, Şəkərli kənd sakini, 60 yaşlı Natiq Sadıqov ailə münaqişəsi zəminində keçmiş kürəkəni, Qardili kənd sakini, 46 yaşlı Famil Lətifovu odlu silahla güllələyərək qətlə yetirib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Əlibəy Zeynallı Salyan qətl odlu silah

Mənbə: apa.az

Xəbər Lenti