Zaqatalada kütləvi zəhərlənmə olub, prokurorluq araşdırma aparır - YENİLƏNİB

Zaqatalada kütləvi zəhərlənmə olub, prokurorluq araşdırma aparır - YENİLƏNİB

Tarix: 29 Jul 2026 14:40

Dünən saat 09:30 radələrindən başlayaraq, 14 nəfər (9 kişi, 3 qadın cinsli, 2-si azyaşlı olmaqla) zəhərlənmə şübhəsi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirildilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıblar.

***

14:25

Zaqatalada kütləvi zəhərlənmə olub.

APA-nın xəbərinə görə, 10-dan çox şəxs zəhərlənmə əlaməti ilə xəstəxanaya müraciət edib.

İlkin məlumata görə, onlar dönərdən zəhərləniblər.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Selcan Zaurqızı Zaqatala zəhərlənmə

Mənbə: apa.az

Xəbər Lenti