Çərşənbə, 29 İyul, 2026
Tarix: 29 Jul 2026 14:12
Ağdam rayonu ərazisində açıq sahələrdə başlayan yanğınlar bu gün Saybalı və Bağbanlar kəndləri istiqamətinə yayılıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, əraziyə Ağdam və Ağcabədi rayonlarının Yanğından Mühafizə bölmələrinin texnika və canlı qüvvəsi cəlb olunub.
Bundan başqa, Mərzili istiqamətində yanğın baş verən ərazidə ardıcıl partlayış səsləri eşidilir.
Yanğının keçmiş təmas xəttində minalanmış ərazilərə yayılması səbəbindən partlayışların baş verdiyi ehtimal olunur.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Alov kolluq və yaşıllıq sahələrinə yayılaraq ağac və kollara da ziyan vurur.
Ağdam yanğın



Mənbə: apa.az