Cümə axşamı, 30 İyul, 2026
Tarix: 30 Jul 2026 14:32
Lerik sakini bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Livədirqə kəndində baş verib. Kənd sakini 59 yaşlı Vaqif Quliyev səhər saatlarında yaşadığı evin pəncərəsindən, 3 metir hündürlükdən yıxılıb. O, aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
İlkin Rzayev Lerik ölüm faktı
Mənbə: apa.az