Cümə axşamı, 30 İyul, 2026
Tarix: 30 Jul 2026 14:28
Mərdəkanda 2 gün əvvəl dənizdə batan yeniyetmənin meyiti tapılıb.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 28 iyul tarixində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2009-cu il təvəllüdlü Nurlan İsmayılzadənin meyiti FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Nərdəkan dəniz boğulmaq
Mənbə: apa.az