Cümə axşamı, 30 İyul, 2026
Tarix: 30 Jul 2026 17:39
Qaxda minik avtomobilləri toqquşub.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün saat 16 radələrində Qax-Şəki avtomobil yolunda, Qax rayonu ərazisindən baş verib.
Hərəkətdə olan “Mercedes” və “Niva” markalı avtomobillər toqquşub. Nəticədə 1 nəfər həyatını itirib, üç nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Qax xəstəxanasına yerləşdirliblər.
Faktla bağlı araşdırma aparılır.
Vüqar Heydərov Oğuz qəza yol
Mənbə: apa.az