Cümə axşamı, 30 İyul, 2026
Tarix: 30 Jul 2026 18:35
Qaxda baş verən ağır yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı hadisə yerində ölən şəxs rayonun Əmbərçay kənd sakini 60 yaşlı Tacəddin Əhmədovdur.
Yaralılar 44 yaşlı Xəyal Abdul oğlu Həşimov, 52 yaşlı Zaur Səid oğlu Abdullayev və 66 yaşlı Novruz Şəmil oğlu Manafovdur.
Yaralılar müayinə və müalicəsi Qax Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
***
17:39
Qaxda minik avtomobilləri toqquşub.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün saat 16 radələrində Qax-Şəki avtomobil yolunda, Qax rayonu ərazisindən baş verib.
Hərəkətdə olan “Mercedes” və “Niva” markalı avtomobillər toqquşub. Nəticədə 1 nəfər həyatını itirib, üç nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Qax xəstəxanasına yerləşdirliblər.
Faktla bağlı araşdırma aparılır.
Vüqar Heydərov Oğuz qəza yol
Mənbə: apa.az