Bərdədə 79 yaşlı kişi kanala yıxılaraq boğulub

Bərdədə 79 yaşlı kişi kanala yıxılaraq boğulub

Tarix: 31 Jul 2026 11:34

Bərdə rayonunda bədbəxt hadisə baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Hacıəhmədli kəndində qeydə alınıb.

Kənd sakini, 1947-ci il təvəllüdlü Məhəmməd Cəlilov ağac kəsərkən ehtiyatsızlıqdan Yuxarı Qarabağ kanalına yıxılıb. O, suda boğularaq həyatını itirib.

Meyit sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Elgün Gəncimsoy Bərdə kanal boğulma

Mənbə: apa.az

Xəbər Lenti