Qəbələ Beynəlxalq Musiqi Festivalının üçüncü günündə zəngin konsert proqramı təqdim olunub - FOTO

Tarix: 31 Jul 2026 19:09

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və “Gilan”ın dəstəyi ilə keçirilən XV Qəbələ Beynəlxalq Musiqi Festivalının üçüncü günü zəngin konsert proqramı ilə yadda qalıb.

APA-nın Şirvan bürosu xəbər verir ki, iyulun 31-də Heydər Əliyev Konqres Mərkəzində keçirilən konsert DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Kamera Orkestrinin təqdimatında baş tutub.

Konsertin bədii rəhbəri Əməkdar artist Emil Əfrasiyab, dirijoru isə Mustafa Mehmandarovdur.

Konsertdə Xalq artisti Teyyub Aslanov (xanəndə), Dəyanət Məmmədov (tenor), Fərid Abdullayev (tar), Gülnaz Talıbova (soprano), Xatirə Hacıyeva (soprano), Müslüm Müslümzadə (xanəndə), Rəvanə Ağamirova (soprano), Samid Xudarlı (tenor), Sara Hüseynova (soprano), Səbinə Əsgərova (soprano) və Səməd Novruzov (tenor) çıxış edərək Azərbaycan və dünya bəstəkarlarının məşhur əsərlərini səsləndiriblər.

Proqramda Edvard Qriqin “Holberq süitası”ndan Prelüd, Pyotr Çaykovskinin “Yevgeni Onegin” operasından Lenskinin ariyası, Yevgeni Doqanın “Mənim zərif və incə canlım”, Azərbaycan xalq mahnıları “Gözəlim sənsən” və “Bəri bax”, Barat Abdullayevin “Hər an qəlbimdəsən”, Fikrət Əmirovun “Aslanın mahnısı”, Emin Sabitoğlunun “Ağ çiçəyim” və Cahangir Cahangirovun “Teymurun mahnısı” kimi əsərlər yer alıb.

Festivalın üçüncü gününün konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Respublikanın müxtəlif bölgələrindən və xarici ölkələrdən Qəbələyə gələn musiqisevərlər konserti alqışlarla qarşılayıb.

XV Qəbələ Beynəlxalq Musiqi Festivalı davam edir, axşam saatlarında Qəbələ Musiqi festivalının ən sevimli gecələrindən biri olan “Muğam axşamı” konserti olacaq.

İlham Əhmədov

Mənbə: apa.az

Xəbər Lenti