Şənbə, 1 Avqust, 2026
Tarix: 31 Jul 2026 23:57
Göyçayda Şirvan suvarma kanalı yarılıb, su ətrafa yayılıb.
APA-nın Şirvan bürosu xəbər verir ki, Göyçay rayonunda Şirvan suvarma kanalının yarılması nəticəsində su ətraf ərazilərə yayılıb.
Hadisə kanalın rayonun Şahədət Qarabağlar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qeyd edək ki qurumdan verilən məlumata görə Su sızması qısa müddət ərzində təxminən 10 metrədək uçqunu genişlənib. Kanalın yarılması nəticəsində su yaxınlıqda yerləşən və yerli sakinlərin "qobu" adlandırdığı dərin çökəkliyə doğru axır.
Hazırda hadisə yerində aidiyyəti qurumların əməkdaşları və xüsusi texnikaları vasitəsilə kanalın yarılan hissəsində bərkitmə işləri aparılır.
Su axınının qarşısının alınması və qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Rayon Polis Şöbəsinin əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri hadisə yerində xidmət aparırlar.
İşlər yekunlaşdıqdan sonra kanalın normal fəaliyyətinin bərpa olunacağı gözlənilir.
İlham Əhmədov







Mənbə: apa.az