Bilgəhdə dənizdə bir nəfər batıb

Bilgəhdə dənizdə bir nəfər batıb

Tarix: 01 Aug 2026 12:56

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Daçnik” adlanan və ən yaxın sularda xilasetmə məntəqəsindən 2km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 2001-ci il təvəllüdlü Nizami Kərimovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Xəzər Bilgəh dənizdə batmaq axtarış

Mənbə: apa.az

Xəbər Lenti