Qaxda yol qəzasında azyaşlı ölüb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Qaxda yol qəzasında azyaşlı ölüb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Tarix: 01 Aug 2026 15:30

Qaxda yol qəzasında bir nəfər ölüb, 4 nəfər xəsarət alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, "Niva" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində "Niva"da olan azyaşlı sərnişin, Şamaxı rayon sakini S. Babazadə ölüb.

Onun ailə üzvləri - 46 yaşlı Ruslan Babayev, 42 yaşlı Əzizə Babayeva, onların 5 yaşlı övladı və "Mercedes"in sürücüsü 33 yaşlı Mehman Rüstəmli xəsarət alıblar.

Xəsarət alanlar Qax xəstəxanasına yerləşdirilib.

***

13.50

Qaxda ağır yol qəzası olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax-Qorağan avtomobil yolunda baş verib.

İlkin məlumata görə, hərəkətdə olan minik avtomobilləri toqquşub. Qəza nəticəsində avtomobillərin birinda olan azyaşlı aldığı ağır xəsarətlərdən həyatını itirib. Daha bir neçə nəfərin isə xəsarət aldığı bildirilir.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Vüqar Heydərov Qax yol qəza

Mənbə: apa.az

Xəbər Lenti