Azərbaycanda “Vyetnam günləri” keçirilir - FOTO

Azərbaycanda “Vyetnam günləri” keçirilir - FOTO

Tarix: 01 Aug 2026 21:18

Azərbaycanda Vyetnam mədəniyyətinin tanıdılması və iki xalq arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədilə 4-cü dəfə “Vyetnam günləri” keçirilir.

İçərişəhərdəki Qoşa Qala Meydanında təşkil olunan açılış mərasimində Vyetnamın incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub.

Konsertdə Vyetnamın milli musiqi alətlərində ifalar səsləndirilib, zərb və bambuk nəfəs alətlərindən ibarət instrumental ansambl çıxış edib. Həmçinin Vyetnam opera müğənniləri Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından parçaları Vyetnam dilində ifa ediblər.

Qeyd edək ki, Vyetnam Prezidenti Ho Şi Minin 1959-cu ildə Azərbaycana səfərinin 67-ci ildönümünə və Azərbaycan–Vyetnam strateji tərəfdaşlığının birinci ildönümünə həsr olunan “Vyetnam günləri – 2026” çərçivəsində iyulun 29-dan avqustun 2-dək müxtəlif mədəni tədbirlər keçiriləcək.

Fərid Yusifov Azərbaycan Vyetnam mədəniyyət
Azərbaycanda “Vyetnam günləri” keçirilir - FOTO
Azərbaycanda “Vyetnam günləri” keçirilir - FOTO
Azərbaycanda “Vyetnam günləri” keçirilir - FOTO

Mənbə: apa.az

Xəbər Lenti