Bazar, 2 Avqust, 2026
Tarix: 02 Aug 2026 13:46
Şəkidə yüksək gərginlikli elektrik cəryanının vurduğu kişi yanaraq ölüb. APA-nın Şimal-qərb bürosunun xəbərinə görə, hadisə Şəki şəhəri Salman Mümtaz küçəsində baş verib.
Hələki şəxsiyyəti dəqiqləşdirilməyən orta yaşlı kişi ərazidə olan elektrik transformatoruna müdaxilə edib. Bu zaman yüksək gərginlikli elektrik cəryanı kişini vurub və o, yanaraq ölüb. Hazırda ölən şəxsin kimliyi və onun transformatora hansı cəbəbdən müdaxilə etməsi araşdırılır. Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
Vüqar Heydərov elektrik vurma ölüm
Mənbə: apa.az