Şəkidə yüksək gərginlikli elektrik cərəyanının vurduğu kişi yanaraq ölüb - YENİLƏNİB

Şəkidə yüksək gərginlikli elektrik cərəyanının vurduğu kişi yanaraq ölüb - YENİLƏNİB

Tarix: 02 Aug 2026 14:00

Şəkidə yüksək gərginlikli elektrik cərəyanının vurması nəticəsində yanaraq ölən şəxsin kimli məlum olub.

APA-nın Şimal-qərb bürosunun xəbərinə görə, yanaraq ölən şəxs Şəki rayonu Çeşməli kənd sakini 58 yaşlı Vüqar Mustafayevdir.

***

saat 13.46

Şəkidə yüksək gərginlikli elektrik cərəyanının vurduğu kişi yanaraq ölüb. APA-nın Şimal-qərb bürosunun xəbərinə görə, hadisə Şəki şəhəri, Salman Mümtaz küçəsində baş verib.

Hələki şəxsiyyəti dəqiqləşdirilməyən orta yaşlı kişi ərazidə olan elektrik transformatoruna müdaxilə edib. Bu zaman yüksək gərginlikli elektrik cərəyanı kişini vurub və o, yanaraq ölüb. Hazırda ölən şəxsin kimliyi və onun transformatora hansı cəbəbdən müdaxilə etməsi araşdırılır. Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Vüqar Heydərov Şəki elektrik elektrik vurma ölüm

Mənbə: apa.az

Xəbər Lenti