Bazar ertəsi, 3 Avqust, 2026
Tarix: 03 Aug 2026 09:30
Hindistanın cənubunda yağan güclü yağışlar və baş verən daşqınlar nəticəsində azı 14 nəfər ölüb, minlərlə sakin təhlükəsiz ərazilərə köçürülüb.
"Reuters"in məlumatına görə, Kerala ştatında leysan yağışları və daşqınlar nəticəsində azı 11 nəfər həyatını itirib. Ştat hökumətinin nümayəndəsinin bildirdiyinə görə, təxminən 7 700 nəfər təxliyə olunaraq 275 müvəqqəti sığınacaq mərkəzinə yerləşdirilib.
Kerala ştatının baş naziri V.D. Satheesan bazar ertəsindən etibarən rayon rəhbərləri ilə görüşərək sığınacaq mərkəzlərində vəziyyəti müzakirə edəcəyini bildirib. Onun sözlərinə görə, daşqından zərər çəkmiş ərazilərdə artıq təmizləmə işlərinə başlanılıb.
Ştatın Fövqəladə Halların İdarəetmə Təşkilatı bazar ertəsi bəzi bölgələrdə güclü külək və mülayim yağıntının davam edəcəyi barədə xəbərdarlıq edib.
Əlverişsiz hava şəraiti səbəbindən Kerala ştatında bir çox məktəbdə dərslər dayandırılıb, həmçinin müəllimlərin işə qəbulu üzrə ştat səviyyəli imtahan təxirə salınıb.
Qonşu Karnataka ştatında isə intensiv yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində bir ailənin üç üzvü – ər, həyat yoldaşı və övladı həlak olub. Bu barədə yerli The Hindu qəzeti məlumat yayıb.
Hindistan leysan daşqınlar təxliyəMənbə: apa.az