Bakıda futbol meydançasında meyit tapılıb

Bakıda futbol meydançasında meyit tapılıb

Tarix: 03 Aug 2026 11:21

Bakının Nizami rayonunda meydançada meyit tapılıb.

APA xəbər verir ki, hadisə avqustun 2-də Q.Qarayev prospekti 81-də yerləşən futbol meydançasında qeydə alınıb.

Meyiti tapılan şəxsin Bakı şəhər sakini 1950-ci il təvəllüdlü Bəkir Əhmədov olduğu bildirilir.

Meyit üzərində zorakılıq əlamətləri görünməyib.

Araşdırma aparılır.

Selcan Zaurqızı

Mənbə: apa.az

Xəbər Lenti