Ağdərədə mina partlayıb, 2 nəfər xəsarət alıb

Ağdərədə mina partlayıb, 2 nəfər xəsarət alıb

Tarix: 03 Aug 2026 11:12

İşğaldan azad edilmiş Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində 3 avqust tarixində mina hadisəsi baș verib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin məlumatında deyilir.

ANAMA-nın məlumatına görə, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1994-cü il təvəllüdlü Surxaylı Əlzamin Vəzir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Surxaylı Əlzamin sağ ayaq nahiyəsindən xəsarət alıb.

Hadisə zamanı digər əməkdaş 1998-ci il təvəllüdlü Mirzəyev Füzuli Rizvan oğlu yüngül bədən xəsarətləri alıb.

Xəsarət alan əməkdaşlar rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.

Ağdərə mina xəsarət

Mənbə: apa.az

Xəbər Lenti