Bağçalara növbəyə yazılma müvəqqəti dayandırılır

Bağçalara növbəyə yazılma müvəqqəti dayandırılır

Tarix: 03 Aug 2026 12:51

Avqustun 5-dən etibarən 2026-2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi məqsədilə yeni növbələrin yaradılması prosesi müvəqqəti olaraq dayandırılır.

Bu barədə APA-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, qrupların komplektləşdirilməsi başa çatdıqdan sonra boş qalan yerlər üzrə qəbul il ərzində davam etdiriləcək.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi “mygov” portalı vasitəsilə elektron qaydada həyata keçirilir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bağçalar məktəbəqədər təhsil müəssisələri

Mənbə: apa.az

Xəbər Lenti