Azad edilmiş ərazilərdə ötən ay 788 mina, 2106 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə ötən ay 788 mina, 2106 PHS aşkarlanıb

Tarix: 03 Aug 2026 14:24

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə iyul ayı üzrə məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) APA-ya verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən ay 614 piyada əleyhinə mina, 174 tank əleyhinə mina, 2106 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 8 012,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Mina ANAMA
Azad edilmiş ərazilərdə ötən ay 788 mina, 2106 PHS aşkarlanıb

Mənbə: apa.az

Xəbər Lenti