Ukrayna Rusiya ordusunun Krım və Bryanskdakı hərbi obyektlərinə zərbələr endirib

Ukrayna Rusiya ordusunun Krım və Bryanskdakı hərbi obyektlərinə zərbələr endirib

Tarix: 03 Aug 2026 14:02

Ukrayna avqustun 3-nə keçən gecə Rusiya ordusunun Krım, eyni zamanda Bryansk və Belqorod vilayətlərində yerləşən bir sıra hərbi obyektlərinə zərbələr endirib.

APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Telegram”da məlumat yayıb.

Bildirilib ki, zərbələr nəticəsində Krımın Novoye Jizn yaşayış məntəqəsi yaxınlığında artilleriya briqadasına məxsus maddi-texniki təchizat anbarı və təmir-bərpa bazası vurulub.

Bundan başqa, Rusiyanın Bryansk vilayətinin Navlya rayonunda zərbə PUA-larının saxlanıldığı, hazırlandığı və buraxıldığı məntəqənin vurulduğu bildirilib.

Həmçinin Krımın Okunovka və Naumovka yaşayış məntəqələri yaxınlığındakı maddi-texniki təchizat anbarlarının, Rusiyanın Belqorod vilayətinin Oktyabrski qəsəbəsində yanacaq-sürtkü materialları anbarının, eləcə də Krımın Artemovka rayonunda rabitə qovşağının zərbəyə məruz qaldığı qeyd olunub.

İlqar Xudiyev Ukrayna ordusu Rusiya hərbi obyektlərə zərbələr Krım

Mənbə: apa.az

Xəbər Lenti