Bazar ertəsi, 3 Avqust, 2026
Tarix: 03 Aug 2026 15:53
Rusiyanın Gelencik şəhərində Ukrayna məxsus pilotsuz uçuş aparatının qalıqlarının düşməsi nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb. Rusiya mediasının məlumatına görə, ölənlərdən 3-ü uşaqdır. Hadisə nəticəsində xəsarət alanların sayı isə 40 nəfərə yüksəlib.
***
12:46
Rusiyanın Krasnodar diyarının Gelencik şəhərinə pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində azı 3 nəfər ölüb, 13 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev məlumat yayıb.
Onun sözlərinə görə, ən ağır nəticələr Gelencik yaxınlığındakı Arxipo-Osipovka kəndində qeydə alınıb. PUA hücumu zamanı mülki infrastruktura ziyan dəyib, azı 3 nəfər ölüb, 13 nəfər, o cümlədən uşaqlar xəsarət alıb. Yaralılara zəruri tibbi yardım göstərilib.
Rusiya Fövqəladə Hallar xidmətləri hadisə yerində çalışır, zərərin həcmi dəqiqləşdirilir. Hücumun Ukrayna tərəfindən həyata keçirildiyi bildirilir.
İlqar Xudiyev Rusiya dron hücumu Ukrayna Gelencik
Mənbə: apa.az