Bazar ertəsi, 3 Avqust, 2026
Tarix: 03 Aug 2026 17:02
Avqustun 3-də saat 07:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhəri, M. Hüseynzadə küçəsi ərazisindən çağırış qeydə alınıb.
TƏBİB-dən APA-ya verilən məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
"Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb. 1 nəfər isə (qadın) Abşeron Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Boyun nahiyəsinin, başın, döş qəfəsinin, saidin, çiyin və bazu nahiyələrinin açıq və çoxsaylı yaralanmaları, qarın divarının kontuziyası diaqnozları təyin edilən şəxsin vəziyyəti orta ağır qiymətləndirilir. Müvafiq laborator və instrumental müayinələr aparıldıqdan sonra pasiyent cərrahi əməliyyata alınıb", məlumatda deyilir.
***
16.30
Abşeron rayonunda ər arvadını bıçaqlayıb, daha sonra özünü öldürüb.
APA xəbər verir ki, hadisə dünən axşam saatlarında Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsində yerləşən mənzildə qeydə alınıb.
İlkin məlumata görə, 1972-ci il təvəllüdlü Tərlan İbrahimov 1978-ci il təvəllüdlü arvadı Günəş İbrahimovaya bıçaqla xəsarət yetirib, daha sonra özünə xəsarət yetirərək öldürüb.
Qadın xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.
Emin Şirvanzadə Abşeron Xırdalan
Mənbə: apa.az