Podolyak: Zelenski Putinə hava məkanında atəşkəs və cəbhə xəttinin dondurulmasını təklif edir

Podolyak: Zelenski Putinə hava məkanında atəşkəs və cəbhə xəttinin dondurulmasını təklif edir

Tarix: 03 Aug 2026 16:54

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya atəşkəsin müxtəlif formatlarını, o cümlədən hava məkanında qarşılıqlı zərbələrin və enerji infrastrukturuna hücumların dayandırılmasını təklif edir.

“24tv” xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Mixaylo Podolyak mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Zelenski Rusiya Prezidenti Vladimir Putinlə birbaşa dialoqa da hazırdır.

Podolyak əlavə edib ki, hazırda döyüş əməliyyatlarının mövcud cəbhə xətti boyunca dondurulması variantı da nəzərdən keçirilir. Onun sözlərinə görə, məqsəd gələcəkdə daha mürəkkəb sülh danışıqları üçün şərait yaratmaqdır.

İlqar Xudiyev Podolyak Ukrayna Zelenski Putin atəşkəs

Mənbə: apa.az

Xəbər Lenti