Lənkəranda açıq ərazidə baş verən yanğın söndürülüb - VİDEO

Lənkəranda açıq ərazidə baş verən yanğın söndürülüb - VİDEO

Tarix: 03 Aug 2026 21:21

Lənkəran rayonu, Osaküçə kəndi istiqamətində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən yayılma riskinin yüksək olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb. *** 17:49 Lənkəran şəhəri, Osaküçə kəndi istiqamətində açıq ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Cənub Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

FHN Lənkəran yanğın

Mənbə: apa.az

Xəbər Lenti