Çərşənbə axşamı, 4 Avqust, 2026
Tarix: 03 Aug 2026 22:54
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Seutada baş verən miqrasiya böhranından sonra Avropa İttifaqının xarici sərhədlərində miqrasiya nəzarətinin sərtləşdirilməsini və zəruri yerlərdə fiziki maneələrin yaradılmasını təklif edib.
Bu barədə "Euronews" məlumat yayıb.
Onun İspaniyanın Baş naziri Pedro Sançesə ünvanladığı məktubda qeyd olunub ki, kritik ərazilərdə sərhədlərin həm gücləndirilmiş monitorinq, həm də fiziki maneələr vasitəsilə daha etibarlı qorunmasına ehtiyac var.
Bildirilib ki, bu təklif çərşənbə axşamı Aİ-yə üzv 22 ölkənin daxili işlər nazirlərinin miqrasiya məsələlərinə həsr olunmuş videokonfransında müzakirəyə çıxarılacaq. Görüşdə, həmçinin qanunsuz miqrasiyaya qarşı mübarizə məqsədilə Şengen zonasının daxili sərhədlərində sənəd yoxlamalarının tətbiqi də müzakirə ediləcək.
Aİ miqrasiya Seuta
Mənbə: apa.az