Rezai: İran Ukraynada üç hədəfə zərbə endirməyə hazırlaşıb

Rezai: İran Ukraynada üç hədəfə zərbə endirməyə hazırlaşıb

Tarix: 03 Aug 2026 23:51

İran Ukraynanın İran gəmisinə hücumundan sonra Ukrayna ərazisində üç hədəfə zərbə endirməyə hazırlaşıb.

APA-nın Tehran bürosu xəbər verir ki, bu barədə İranın ali rəhbərinin hərbi müşaviri Möhsün Rezai televiziyaya müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukrayna tərəfi hücumun səhvən baş verdiyini bildirdikdən sonra Tehran cavab əməliyyatını ləğv edib.

Rezai qeyd edib ki, İran müharibə istəmir və münaqişənin genişlənməsinə çalışmır.

O əlavə edib ki, İran gəmisinə hücum hazırda araşdırılır və hadisə səhvən baş versə belə, bunun mütləq nəticəsi olmalıdır.

Haşim Rahimi İran Ukrayna Möhsün Rezai

Mənbə: apa.az

Xəbər Lenti