İranda zəlzələ olub

İranda zəlzələ olub

Tarix: 04 Aug 2026 13:03

İranın Hörmüzqan əyalətində 4,1 bal gücündə zəlzələ baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar çərşənbə axşamı saat 01:45 radələrində əyalətin Fərğan şəhəri yaxınlığında qeydə alınıb.

Məlumata görə, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Hadisə nəticəsində insan tələfatı və ya dağıntılar barədə hələlik məlumat verilməyib.

Haşim Rahimi İran zəlzələ

Mənbə: apa.az

Xəbər Lenti